Saakaşvilinin yaxını: “Bakı Kremldən uzaqlaşsa...”

18:00 | 11.07.2015
Saakaşvilinin yaxını: “Bakı Kremldən uzaqlaşsa...”

Saakaşvilinin yaxını: “Bakı Kremldən uzaqlaşsa...”

Kreml Azərbaycanın bütün mümkün metodlarla özünün təsir xəttindən tam ayrılmasına imkan verməməyə çalışacaq.
 
Bu sözləri Axar.az-a açıqlamasında gürcüstanlı eks-deputat Ramin Bayramov deyib.
 
Onun sözlərinə görə, "Qəbələ” - "Dinamo” oyunlarında baş verən insidentin arxasında Azərbaycan və Gürcüstanın düşmənləri dayanır:
 
"Son günlər siyasətin idmana qarışdırılmasına heyfsilənirəm. Üzgünəm ki, vətənim Gürcüstanı Rusiya yönlü siyasət həyata keçirən hökumət idarə edir və o, futbol insidentinin qarşısını alıb, təxribatçıları cəzalandırmayıb. Mən həmçinin heyfsilənirəm ki, azərbaycanlılar cavab oyununda iki ölkənin qardaşlığını göstərmək əvəzinə onlara eyni addımla cavab veriblər. Axı tam aydındır ki, bunun arxasında hansı qüvvələr dayanır. Bütün bu uğursuzluqlar fonunun arxasında Rusiya dayanır ki, onlar da dondurulmuş konfliktləri yeniləməklə, yeni konfliktlər yaratmaqla Rusiya ictimaiyyətinin diqqətini real problemdən yayındırıb, riskləri ən aşağı səviyyəyə endirməyə çalışırlar. Kreml bütün mümkün metodlarla Azərbaycanın özünün təsir xəttindən tam ayrılmasına imkan verməməyə çalışacaq. Əks təqdirdə bu Rusiyanın imperiya maraqlarına və planlarına böyük zərbə olacaq. Azərbaycan dinamik inkişaf edir və öz suverenliyini tarixində heç vaxt olmadığı qədər gücləndirir. Bu tendensiya Kreml tərəfindən müşahidə edilməyə bilməz. Məncə, Gürcüstan və Azərbaycan ayıq olmalıdır. Xüsusilə, ilin sonuna qədər provokatorlara öz məqsədlərini reallaşdırmağa imkan verməmək lazımdır. Mən Azərbaycan və Gürcüstan vətəndaşlarını diqqətli olmağa və ikitərəfli münasibətlərin korlanmasına imkan verəcək təxribatlara reaksiya verməməyə çağırıram”.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür