Dünyanın ən sürətli qatarı Çində fəaliyyət göstərir.ANS PRESS-in məlumatına görə, Şanqay Maqlev adlı qatar 430 kilometr sürət yığa bilir. Qatarın orta sürəti isə 250 kilometrdir. 2004-cü ildən bəri işləyən sözügüdən qatarın inşası 1,2 milyard dollara başa gəlib. Qatarın istehsalında dünyanın məşhur "Siemens" firması da iştirak edib. Bu sürətli qatar istənilən məsafəni çox qısa zamanda qət edə bilir. Səyahət zamanı qatarın sürəti maksimuma çatsa belə sərnişinlər heç bir narahatlıq hiss etmir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !