Sabah 40 dərəcə isti olacaq

13:45 | 24.07.2014
Sabah 40 dərəcə isti olacaq

Sabah 40 dərəcə isti olacaq

Meteohəssas insanlar üçün əlverişsiz hava gözlənilirİyulun 25-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, gündüz cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq.Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 25-də Abşeron yarımadasında gündüz isti temperatur diskomfortu və bəzi saatlarda havada rütubətin normadan çox olması meteohəssas insanlar üçün əlverişsizdir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM