Sabah Azərbaycanda yağmursuz hava şəraiti gözlənilir

16:30 | 11.10.2015
Sabah Azərbaycanda yağmursuz hava şəraiti gözlənilir

Sabah Azərbaycanda yağmursuz hava şəraiti gözlənilir

Sabah Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 13-15°, gündüz 16-20° isti olacağı gözlənilir.
 
Azərbaycanın bölgələrində hava əsasən yağmursuz keçəcək, mülayim qərb küləyi əsəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Lakin axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM