Sabah Bakıda 12 dərəcəyədək isti olacaq

19:00 | 09.03.2014
Sabah Bakıda 12 dərəcəyədək isti olacaq

Sabah Bakıda 12 dərəcəyədək isti olacaq

Martın 10-da Azərbaycanda hava gündüz yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə az yağış yağacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq.

Havanın temperaturu gecə 3-5°, gündüz 9-14° isti, Bakıda gecə 3-5°, gündüz 10-12° isti olacaq.

Azərbaycanın rayonlarında havanın gündüz əsasən yağmursuz keçəcəyi, axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.

Temperatur gecə 1-6°, gündüz 10-15° isti təşkil edəcək. Dağlarda gecə 1-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Trend

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM