Sabah Bakıda 37 dərəcə isti olacaq

12:50 | 01.08.2014
Sabah Bakıda 37 dərəcə isti olacaq

Sabah Bakıda 37 dərəcə isti olacaq

Avqustun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində günəşli olacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı, lakin gecəyə doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacaq. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM