Sabah Bakının bəzi rayonlarında qaz olmayacaq

15:19 | 13.04.2015
Sabah Bakının bəzi rayonlarında qaz olmayacaq

Sabah Bakının bəzi rayonlarında qaz olmayacaq

Aprelin 14-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin "Nərimanov”, "Böyük-Şor”, "30-cu sahə”, "Qazanlar”, "Bakıxanov” və "Keşlə” Qazpaylama stansiyalarında, eləcə də həmin stansiyalardan qidalanan bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Oxu.Az-a bu barədə "Azəriqaz” İB-dən məlumat verilib.

"Azəriqaz”-ın məlumatına görə, təmir işləri aparılan müddətdə Bakı şəhəri Nərimanov, Sabunçu, Xətai və Nizami rayonlarının bəzi hissələrinin qaz təchizatında qismən məhdudiyyətlərin olması mümkündür.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM