Sabah bəzi rayonlar susuz qalacaq

23:41 | 05.11.2015
Sabah bəzi rayonlar susuz qalacaq

Sabah bəzi rayonlar susuz qalacaq

Sabah saat 06:00-dan 24 saat müddətinə Abşeron rayonunun Ceyranbatan, Saray qəsəbələrinə, "Qurtuluş” yaşayış massivinə, Novxanı qəsəbəsinin və Binəqədi rayonu Yeni Biləcəri yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə "Azərsu” ASC-dən Oxu.Az-a bildirilib.

Qeyd edək ki, "Azərsu” dan qeyd edilib ki, yaranacaq vəziyyət Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin çıxış kəmərindən mövcud magistral su kəmərlərinə yeni birləşmələrin verilməsi ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM