Sabah da isti olacaq

13:43 | 03.07.2014
Sabah da isti olacaq

Sabah da isti olacaq

İyulun 4-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında bildirib ki, cənub-şərq küləyi əsəcək, havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcəyədək isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

 

Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM