Yaxın iki gün ərzində Azərbaycan ərazisində hava şəraitində ciddi dəyişiklik gözlənilmir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, Bakı və Abşeron yarımadasında, o cümlədən rayonlarda nisbətən sabit hava şəraiti müşahidə olunacaq. Bakı və Abşeron yarımadasında martın 4-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, səhər və axşam bəzi yerlərdə duman, gecəyə doğru isə yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında martın 4-də hava şəraitinin əsasən qərb rayonlarında, axşama doğru isə yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacaq. Ayrı-ayrı yerlərdə duman, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir. Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !