Sabah İlham Mirzəyevin məhkəməsi başlayır

18:13 | 08.09.2014
Sabah İlham Mirzəyevin məhkəməsi başlayır

Sabah İlham Mirzəyevin məhkəməsi başlayır

“Space”in teleaparıcısı, dələduzluğa görə həbs edilən psixoloq İlham Mirzəyevin məhkəməsi başlayır.Axar.az-a verilən məlumata görə, sentyabrın 9-u, saat 09:00-da Nərimanov Rayon Məhkəməsində teleaparıcının işinə baxılacaq.Qeyd edək ki, İ.Mirzəyev Bakı İstintaq Təcridxanasında saxlanılır. Teleaparıcı aprelin 11-də polis orqanlarının keçirdiyi əməliyyatda tutulub, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.Aparıcının lisenziyasız fəaliyyət göstərdiyi elan olunan “İlhaMed” klinikası işini davam etdirir. Maraqlıdır ki, İ.Mirzəyevin həbsindən az öncə rəsmi dövlət nəşri olan “Xalq qəzeti” də onun AST Şirkətlər Qrupunun prezidenti Telman İsmayılov və baş nazirin keçmiş müavini Abbas Abbasovla əlaqələrindən bəhs edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM