Sabaha gözlənilən hava proqnozu açıqlandı

14:30 | 10.10.2014
Sabaha gözlənilən hava proqnozu açıqlandı

Sabaha gözlənilən hava proqnozu açıqlandı

Oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında gecə və səhər çiskinli, gün ərzində dəyişkən buludlu hava şəraiti gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-14, gündüz 17-22 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında gecə bəzi yerlərdə yağış yağacağı, gündüz yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-15, gündüz 18-23 dərəcə isti olacaq. Dağlarda isə gecə 0-5 dərəcə, gündüz 7-12 dərəcə isti proqnozlaşdırılır. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM