Sabahdan yağıntılar kəsiləcək

16:28 | 28.02.2014
Sabahdan yağıntılar kəsiləcək

Sabahdan yağıntılar kəsiləcək

 Bakı və Abşeron yarımadasında martın 1-də hava şəraitinin buludlu olacağı, arabir tutulacağı gözlənilir.Gündüz cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 2-4, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında martın 1-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz yağıntı tədricən kəsiləcək. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-6, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM