Sabiq polisə hökm oxundu

15:49 | 05.11.2015
Sabiq polisə hökm oxundu

Sabiq polisə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyev sədrliyi ilə sabiq polis əməkdaşı Mobil Süleymanovun cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən, dələduzluqda təqsirləndirilən M.Süleymanov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin (BMİ) keçmiş əməkdaşı olan Mobil Süleymanov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub. O, Qəşəm Əliyev və Almaz Zeynalovanın etibarını qazanaraq onlardan 14 min manat pul alıb. Təqsirləndirilən şəxs Q.Əliyev və A.Zeynalovanın oğlunu BMİ-yə işə düzəldəcəyinə söz versə də bu əməlini yerinə yetirməyib. Məhkəmə zamanı təqsirləndirilən şəxs zərərçəkənlərə dəymiş ziyanı tam ödəyib.(bizimyol.info)


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM