Sabiq prezidentə ömürlük iş verdilər

16:44 | 25.07.2014
Sabiq prezidentə ömürlük iş verdilər

Sabiq prezidentə ömürlük iş verdilər

İyulun 25-də Bişkek Hərbi Məhkəməsi Qırğızıstanın sabiq prezidenti Kurmanbek Bakiyev və Dövlət Mühafizə Xidmətinə rəhbərlik etmiş qardaşı Canıbek Bakiyevə qiyabi ömürlük həbs cəzası kəsib.
“Media forum” saytının məlumatına görə, Bakiyevlər qətlin təşkilində, qətlə cəhddə və vəzifə səlahiyyətlərini aşmaqda təqsirli biliniblər. Onların əmlakı da müsadirə olunacaq.  
Sabiq baş nazir Daniyar Usenov da qətlin təşkilində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla qiyabi ömürlük həbs cəzasına məhkum olunub.
Hərbi məhkəmə Prezident Katibliyinin sabiq rəhbəri Oksana Malevannayaya 10 il qiyabi həbs cəzası kəsib.
Sabiq baş prokuror Nurlan Tursunkulov, Prezident Aparatının sabiq rəhbəri Kanıbek Joroyev və prezidentin təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Elmuraz Satıbaldıyev 10 il müddətinə, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sabiq sədri Murat Sutalinov 20 il müddətinə azadlıqdan məhrum ediliblər.
Sabiq prezidentin oğlu və müavini Marat Bakiyev çirkli pulların silinməsinə və xidməti yerini tərk etdiyinə görə 10 il müddətinə həbs cəzasına məhkum olunub.
Kurmanbek Bakiyev 2010-cu ildə devrilərək yaxınları ilə birgə ölkədən qaçıb və Belarusa sığınıb.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM