Sabirabad olayına rəsmi reaksiya

10:51 | 08.07.2014
Sabirabad olayına rəsmi reaksiya

Sabirabad olayına rəsmi reaksiya

Son günlər Azərbaycanda müxtəlif məzhəbə qulluq edən insanlar arasında ixtilafların baş verməsi barəsində mətbuatda məlumatlar yayılır. Sabirabad və digər rayonlarda vəhabilər, digər bu təriqətin nümayəndələri arasında ziddiyətlərin yarandığı bildirilir.

Bu məlumatlarla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq bildirilib ki, DQİDK ölkədəki dini vəziyyətə nəzarəti həyata keçirir və adıçəkilən məsələlər də diqqət mərkəzindədir. Dövlət Komitəsi bu istiqamətdə araşdırıma aparıb müvafiq addımlar atacaq."Eyni zamanda bildiririk ki, dini duruma mənfi təsir edə biləcək istənilən addımların qarşısı alınacaq".Xatırladaq ki, sosial şəbəkələrdə Sabirabadda çəkildiyi iddia edilən bir video yayılıb. Həmin vidoeda bir qrup şəxs sələfi təriqətinə məxsus şəxsi dövrəyə alıb onun saqqalını qırxdığı əks olunub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM