Sabirabadda qorxulu təxribat - Məscid hücuma məruz qaldı

12:50 | 04.11.2014
Sabirabadda qorxulu təxribat - Məscid hücuma məruz qaldı

Sabirabadda qorxulu təxribat - Məscid hücuma məruz qaldı

Bu gün Sabirabad rayonunun Minbaşı kəndində dini zəmində təxribat törədilib. Əməkdaşımızın etibarlı mənbədən aldığı məlumata görə, bir dəstə vəhhabi (sələfi) təriqətindən olan şəxs kənddəki məscidə hücum edərək, Aşura mərasimini pozublar və məscidin avadanlıqlarını dağıdıblar.Təxribatçılara müqavimət göstərənlərlə onların arasında qarşıdurma, dava-dalaş olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının işçiləri cəlb edilib.Qeyd edək ki, bu gün islam peyğəmbərinin sevimli nəvələrinin Kərbala çölündə qətlə yetirilməsinin növbəti ildönümüdür və şiə məzhəbinə tapınan insanlar dünyanın, eləcə də ölkəmizin hər guşəsində bu faciəvi günü qeyd edirlər.//musavat.com
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM