Sabirabatda baş verən saqqal olayına rəsmi reaksiya

12:07 | 05.07.2014
Sabirabatda baş verən saqqal olayına rəsmi reaksiya

Sabirabatda baş verən saqqal olayına rəsmi reaksiya

DİN-in Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov dünən Sabirabad şəhərində bir nəfərin saqqalının kənar şəxslər tərəfindən qırxılması barədə bəzi xəbər portallarında getmiş xəbərə aydınlıq gətirib. 

Rəis müavini bildirib ki,  iyunun 4-də Sabirabad şəhər mərkəzi bazarının yaxınlığında Kürdəmir rayon sakini Cavanşir Zərbəliyevin qeyri-ənənəvi dini təriqətlərdən birinin təbliğatını aparması  ətrafdakı vətəndaşların etirazına səbəb olub. Bu zəmində şəhər sakini Rəmzi Zeynalovla Cavanşir Zərbəliyev arasında əlbəyaxa davaya keçən münaqişə baş verib. Rəmzi Cavanşirin saqqalından tutaraq ondan insanların etirazına səbəb olan söhbətinə son qoymasını  və dərhal ərazini tərk etməsini tələb edib. 

Bu barədə məlumat alan polis əməkdaşları dərhal hadisə yerinə gələrək hər iki şəxsi saxlayaraq Rayon Polis Şöbəsinə  gətiriblər. Onların ərizə və izahatları alınıb, baş vermiş hadisə ilə bağlı təhqiqata başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq qanuni qərar qəbul ediləcək.     

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM