Sahibkar qadınların toplantısı oldu - FOTO

13:10 | 13.10.2015
Sahibkar qadınların toplantısı oldu - FOTO

Sahibkar qadınların toplantısı oldu - FOTO

"2014-cü il yanvarın 1-nə olan rəsmi statistikaya görə, ölkədə fərdi sahibkarlıq fəaliyyəti göstərmək üçün qeydiyyatdan keçmiş qadınların xüsusi çəkisi 99 min nəfər, yaxud 19 faiz olub. Fərdi sahibkar kimi fəaliyyət göstərən qadınların 60 faizi regionlarda, 40 faizi Bakıda fəaliyyət göstərir" - bunu Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızı bu gün Beynəlxalq Mətbuat Mərkəzində baş tutan "Qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində ictimai dinləmələrin təşkili" layihəsi çərçivəsində keçirilən "Azərbaycanda sahibkar qadınlar" tədbirində deyib.

ANN.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı təçkil olunan tədbirdə Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, Sahibkar Təşkilatları Milli Konfederasiyası, "Sahibkar Qadınlar" İctimai Birliyi və digər təşkilatların nümayəndələri iştirak ediblər.

Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızı qeyd edib ki, Azərbaycanda qadınlar hökumətin ayırdığı güzəştli kreditlərdən tam hüquqlu şəkildə yararlanırlar. Yüngül sənaye, kənd təsərrüfatı, xalq yaradıcılığı, təhsil, xidmət sahələrində çalışan sahibkar qadınların sayı artmaq üzrədir.

Mərkəz rəhbəri daha sonra bildirib ki, bu gün qadınlarımızın 50 faizə qədəri fəal əməklə məşğuldur. Qadınların sayı kişilərdən 3 fəaliyyət növündə - səhiyyə və sosial xidmətlərin göstərilməsində 56,6 faiz, təhsildə 41, 8 faiz və istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyəti 25,6 faiz çox olub. 
Görülən bu işlərin nəticəsində qadınların arasında yoxsulluq səviyyəsi 49 faizdən 5,9 faizə düşüb.

Orxan Aslanlı 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM