Sahibkarlara növbəti yardımların veriləcəyi tarix açıqlandı

13:04 | 01.09.2020
Sentyabr ayının 10-da sonra ikinci maliyyə dəstəyi proqramı çərçivəsində sahibkarların muzdlu işçilərinə ödənilməli vəsaitlərin növbəti hissəsinin köçürülməsinə başlanacaq.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqına ikinci dəfə maliyyə dəstəyi pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, birinci maliyyə dəstəyi proqramı çərçivəsində vəsait almış və işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayı əsas götürülməklə bir aylıq əməkhaqqı fondu həcmində göstərilir. Maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində vergi ödəyicilərinin yenidən müraciət etmələrinə ehtiyac yoxdur və vəsaitlər avqust və sentyabr aylarını əhatə etməklə iki mərhələdə bərabər hissələrlə ödənilir.

Avqust ayında yeni maliyyə dəstəyi çərcivəsində 234 355 muzdlu işçini əhatə edən 22 885 vergi ödəyicisinə 51 milyon 939 min 400 manat vəsait ödənilib. Maliyyə dəstəyi proqramının ikinci mərhələsində ödənişlə əhatə olunmuş muzdlu işçilərin sayı birinci mərhələdə vəsait almış muzdlu işçilərin sayından 18 245 nəfər çoxdur ki, bu da şəffaflaşdırma nəticəsində əmək müqavilələri bağlamış işçi saylarının artması ilə əlaqədardır. İkinci maliyyə dəstəyi çərcivəsində avqust ayında 49 887 fərdi (mikro) sahibkara 12 milyon 471 min 800 manat birdəfəlik maliyyə dəstəyi göstərilib.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM