"Naxçıvan MR-nı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək Zəngəzur dəhlizi regionun inkişafı üçün geniş imkanlar açacaq. Prezident İlham Əliyev bu dəhlizin tezliklə açılacağını elan edib”.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bu gün Bakıda keçirilmiş Azərbaycan-Serbiya biznes forumunun bağlanış mərasimində bildirib.
"Zəngəzur dəhlizi biznes fəaliyyəti üçün böyük potensial deməkdir:. Bu dəhliz Ermənistan üçün də faydalı olacaq. Əgər onlar bu istiqamətdə düzgün qərar qəbul edə bilsələr, dəhlizdən faydalanacaqlar. Çünki Zəngəzur dəhlizi Şimalla Cənubu, Şərqlə Qərbi birləşdirəcək”, - deyə o, qeyd edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !