“Sahil“ Ticarət Mərkəzindəki yanğın söndürülüb - FOTOLAR - YENİLƏNİB

11:31 | 12.03.2014
“Sahil“ Ticarət Mərkəzindəki yanğın söndürülüb - FOTOLAR - YENİLƏNİB

“Sahil“ Ticarət Mərkəzindəki yanğın söndürülüb - FOTOLAR - YENİLƏNİB

Trend-in əməkdaşının verdiyi ən son məlumata görə, ticarət mərkəzində baş vermiş yanğın artıq söndürülüb.*****Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) Trend-ə bildiriblər ki, hələlik stansiyaya "Sahil" Ticarət Mərkəzində bir nəfərin halının pisləşməsi ilə əlaqədar çağırış daxil olub.Şahidlərin bildirdiyinə görə, hadisə yerinə 10-dan artıq yanğınsöndürən maşın və 2-dən çox təcili tibbi yardım maşını cəlb olunub.Trend-in hadisə yerində olan əməkdaşının daha sonra verdiyi məlumata görə, yanğın lokallaşdırılıb.ANN.Az*******"Sahil" ticarət mərkəzində baş verən yanğınla əlaqədar Üzeyir Hacıbəyov, 28 May və Şəmsi Bədəlbəyli küçələrindən Bülbül prospektində giriş məhdudlaşdırılıb.“Qafqazinfo” Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, sürücələrə alternativ olaraq Səməd Vurğun küçəsindən istifadə etmələri tövsiyə olunur.ANN.Az*******Bakıda məşhur ticarət mərkəzinin yerləşdiyi bina yanır.Trend xəbər verir ki, "Sahil" Ticarət Mərkəzində yanğın baş verib.Yanğın tircarət mərkəzinin 3-cü mərtəbəsində başlayıb.Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətindən Trend-ə bildiriblər ki, hadisənin baş verdiyi əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib. Hazırda yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülür.Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) Trend-ə bildiriblər ki, hələlik stansiyaya "Sahil" Ticarət Mərkəzində bir nəfərin halının pisləşməsi ilə əlaqədar çağırış daxil olub.Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətindən daha sonra Trend-ə bildiriblər ki, "Sahil" Ticarət Mərkəzində baş verən yanğınla bağlı 2-ci dərəcəli çağırış elan edilib.Qeyd edək ki, ticarət mərkəzi Bakı metrosunun "Sahil" stansiyasının üstündəki çoxmərtəbəli binada yerləşir.Bakı Metropolitenindən Trend-ə bildiriblər ki, stansiyada vətəndaşların gediş-gəlişi üçün hələki problem yaranmayıb.Binada Argentinanın Azərbaycandakı səfirliyi də yerləşir.Yanğın baş verən binanın 3-cü mərtəbəsində anbarlar da yerləşir.Şahidlərin bildirdiyinə görə, hadisə yerinə 10-dan artıq yanğınsöndürən maşın və 2-dən çox təcili tibbi yardım maşını cəlb olunub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM