O, mədəniyyət xadimlərinə, yazıçılara, şairlərə, aktyorlara üz tutaraq onları ölkənin qələbəsinə həsr edilən yetərincə əsər yazmamaqda günahlandırıb.
Məsələyə bir qisim yaradıcı adamdan münasibət aldıq.
Yazıçılar Birliyinin üzvü Elçin Şıxlı: "Mirşahinin verlişlərinə baxmıram ki, birdən məni də qınayar inciyərəm”.
Yazıçı İlqar Rəsul: "Belə danışmaq qüsurlu davranışdır”.
Şair Baba Vəziroğlu: "Əsər yaratmaq jurnalistika deyil ki, xroniki ardıcıllıqla yan-yana düzəsən”.
"Qarabağ qələbəsindən sonra müxtəlif janrlarda əsərlər yazılıb. Bəlkə Mirşahin daha böyük əsərlər görmək istəyir. Mənim müharibə dövründə 30-a yaxın əsərim işıq üzü görüb, bu günə qədər isə 50 əsərim müharibəyə həsr olunub. Qələbə ilə bağlı hələ çox əsərlər yazılacaq. Gec-tez hər kəs ürəyində olanı qələmə alacaq. Sifarişlə əsərlər yaratmaq sovet ənənəsidir”.
Yazıçı Hüseynbala Mirələmov: "Mənim qələbədən sonra 1 pyesim, 2 hekayəm dərc olunub"
Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi: "Mirşahin ən azından 3 kitab oxusun, sonra rəy versin”.
"Nədənsə xəbəri olmayıb danışmaq çox asandır. Təssəvvür edə bilmirəm ki, Mirşahin axırıncı dəfə nə zaman kitab oxuyub. Mən müharibə dövründə yazdığım 5 kitabı onun qarşısına qoyaram. Əgər Mirşahin hansısa kitabları oxuyub tənqid etsəydi bunu anlamaq olardı. Əgər o kitab oxumursa bu yazıçıların günahı deyil”.
Yazıçı Qan Turalı (Tural CƏfərov) : Bunu görməmək üçün Mirşahin olmaq lazımdır”.
"44 günlük müharibədə qələbə qazanan Azərbaycan əsgəri həm də ədəbiyyat adamıdır. Onun müharibədə gördükləri, göstərdiyi qəhrəmanlıqlar reallaşırsa deməli bu ədəbiyyatla baş verir. Kifayət qədər müharibəyə həsr olunan əsərlər var. Tənqid edən jurnalist bunu hansı efirində müzakirəyə çıxardı?”.
Rejisor Rövşən İsax: "Biz o filmləri çəkmək üçün maliyyə dəstəyi almalıyıq”.
"Rejisorlar bu məsələdə heç nəyi həll etmir. Bu cür məsələlərdə Mədəniyyət Nazirliyi dəstək göstərməlidir”.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən anews.az-ın sorğusuna cavab olaraq bildirildi ki, nazirliyin bununla bağlı hələlik hər hansı bir mövqeyi yoxdur.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !