“Sağlam vərdişlər sağlam gəncliyin əsasıdır” adlı layihəsi davam edir

15:45 | 13.11.2015
“Sağlam vərdişlər sağlam gəncliyin əsasıdır”  adlı layihəsi davam edir

“Sağlam vərdişlər sağlam gəncliyin əsasıdır” adlı layihəsi davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi  VII  qrant müsabiqəsinin qalibi Ayaz Əhmədzadənin rəhbərliyi ilə  "Sağlam vərdişlər sağlam gəncliyin əsasıdır”  adlı layihə  icra olunur.  

Layihə haqqında məlumat verən Ayaz Əhmədzadə bildirmişdir ki, gənclər arasında zərərli vərdişlərin qarşısının alınması və  sağlam həyat tərzi keçirmələri məqsədilə müəyyən edilmiş prioritet tədbirlər sistemi  dövlətin gənclər siyasətinin  strateji fəaliyyət istiqamətlərindəndir.  Bir çox gənclər  dövlətin və ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilsə də,   rəsmi statistikalardan aydın olur ki,  zərəli vərdişlərə aludə olan,  bunun nəticəsində cinayət törədən gənclərın sayı çoxluq təşkil edir. Cəza çəkən gənclərin əksəriyyəti narkotik maddələrin  istifadəsinə və sərxoş vəziyyətdə cinayət törətdiklərinə  görə azadlıqdan məhrum edilirlər. Bəzi hallarda gənclərin  qaydaları və qanunu pozmaqları qanunvericilikdə təsbit olunmuş hüquq və vəzifələrdən xəbərsiz olmaqları səbəbindən baş verir, nəticədə  ciddi cəzalarla üzləşirlər.

Hər bir problemin həllində maarifləndirmə işinin yüksək səviyyədə qurulmasının böyük önəm daşıdığını nəzərə alaraq, biz gənclər arasında zərərli vərdişlərin qarşısının alınması, sağlam həyat tərzinin təbliğ olunması məqsədilə bu layihəni icra edirik. 

Biz layihə çərçivəsində həm də, zərərli vərdişləri inkar edən, gələcəyin zəkalı gəncləri  ilə dialoqun, maariflənmənin, şəbəkələşmənin və əməkdaşlığın gücləndirilməsini  nəzərdə tutmuşuq. Çünki hazırkı gənclər  zərərli vərdişlərdən uzaq olmaqda,  xoşbəxt və sağlam bir gələcəyin təməlini qurmaqla, gələcək nəsil üçün yarana biləcək təhlükələrin qarşısını ala bilərlər. Təbii ki, sağlam vərdişlər sağlam gəncliyin əsası olduğundan, bu problemin həllində ölkənin dövlət siyasətini həyata keçirən nazirliklərlə yanaşı bütün cəmiyyətin,  xüsusilə aparıcı qüvvə olan gənclərin özlərinin fəal  iştirakı vacibdir.  


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM