Şalvarını çıxardı, aləm qarışdı - Bakıda

21:20 | 05.09.2014
Şalvarını çıxardı, aləm qarışdı - Bakıda

Şalvarını çıxardı, aləm qarışdı - Bakıda

“Daily Mail” qəzeti Bakıda britaniyalı turistin başına gələn maraqlı əhvalat haqda xəbər yayıb.Virtualaz.org saytı xəbər verir ki, 24 yaşlı Andre Yanq Bakının Nərimanov rayonundakı evlərdən birinin arxa bağçasına girərək orada şalvarını aşağı çəkib. Bu zaman evin sahibi, 33 yaşlı Günay Həsənova qorxaraq polisə zəng edib.Xəbərdə bildirilir ki, qadın britaniyalı turistin zorlama məqsədi ilə şalvarını çıxarmasından qorxub. Dərhal hadisə yerinə silahlı polislər gəlib və hasarın dibində şalvarını dizdən aşağı endirmiş britaniyalı turisti saxlayıb.Andre Yanqı polis bölməsində dindirdikdən sonra buraxıblar. Polisdən bildirilib ki, həmin şəxs bərk sərxoş vəziyyətdə olub və evin bağçasının qapısının açıq olduğunu görərək öz “təbii ehtiyacını ödəmək” üçün içəri girib.Məlumatda bildirilir ki, hadisə yerinə gələn silahlı polislərin ona tuşlanan silahları Yanqı ayıltmağa kifayət edib və o, gənc qadını qorxutduğu üçün üzr istəyib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM