Samir Şərifov: “Büdcə qaydasının tətbiqi müvəqqəti dayandırılır”

17:25 | 04.08.2020
Samir Şərifov: “Büdcə qaydasının tətbiqi müvəqqəti dayandırılır”

Samir Şərifov: “Büdcə qaydasının tətbiqi müvəqqəti dayandırılır”

"2020-ci il dövlət büdcəsinin gəlir və xərcləri arasında tarazlığın bərqərar edilməsi məqsədilə büdcə qaydasının tətbiqi müvəqqəti dayandırılır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, cari ildə yumşaq kontur-tsiklik büdcə siyasətinin həyata keçirilməsi zəruri hesab olunur.

"Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanununa dəyişiklik layihəsinə əsasən, "Büdcə sistemi haqqında” qanunun 11.1-ci maddəsində nəzərdə tutulan büdcə qaydasının tətbiqi 2022-ci ilin yanvarın 1-dək dayandırılır.

"Büdcə sistemi haqqında” qanunun 11.1-ci maddəsinə əsasən, dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin Milli Məclisə təqdim edildiyi günədək olan dövrü əhatə edir.(oxu)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM