“Samsung” “Apple”a çatdı

10:32 | 20.05.2014
“Samsung” “Apple”a çatdı

“Samsung” “Apple”a çatdı

“ABI Research” analitik şirkətinin hesabatına əsasən, 2014-cü ilin birinci rübündə qlobal bazarda “Samsung” və “Apple” şirkətləri arasında planşetlərin tədarükü üzrə fərq 9%-dək azalıb.“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, bir il əvvəl şirkətlər arasında fərq təxminən 30% təşkil edib.2014-cü ilin birinci rübündə ədəd sayı üzrə “Apple” və “Samsung” planşetlərinin qlobal bazara tədarükü arasında fərq 3,4 milyon təşkil edib.2014-cü ilin birinci rübünün yekununa görə, “Apple” şirkəti qlobal planşet bazarında liderliyini qoruyub saxlayıb. 2014-cü ilin birinci rübündə “alma” şirkəti 16,4 milyon qurğu satıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% azdır.Həmin dövrdə “Samsung” şirkəti öz tədarükünü 13 milyonadək artırıb. Ümumilikdə bu firmaların məhsulu qlobal planşet bazarının 71%-ni təşkil edir.2014-cü ilin birinci rübünün yekununa görə, qlobal tədarükün 56%-i “Android”, 40%-i isə “iPad” planşetlərinin payına düşür.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb