Satışdan tonlarla ət çıxarıldı - Video

17:19 | 16.03.2015
Satışdan tonlarla ət çıxarıldı - Video

Satışdan tonlarla ət çıxarıldı - Video

Bayram günlərində təşkil olunan yarmarkalardan, eləcə də ət satışı məntəqələrindən ət almaq istəyənlər diqqətli olsun.

ANS TV-nin məlumatına görə, Dövlət Baytarlıq Nəzarəti Xidməti təhlükəsiz ət satışı üçün gücləndirilmiş iş rejiminə keçib.

Qurum bayram günlərində satılacaq heyvan və heyvan mənşəli məhsulların təhlükəsizliyi üçün reydlərə başlayıb. Bazara və yarmarkalara gətirilə biləcək yararsız ət və süd məhsulları ilə mübarizə üçün xüsusi işçi qrupu yaradılıb. Satışa çıxarılan hər bir ət səyyar baytarlıq sanitariya ekspertiza labratoriyalarında yoxlanılır. Bu günə kimi tonlarla yararsız ət satışdan çıxarılıb.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Aslan Aslanov bildirdi ki, 400 kq yaxın ət satışdan kənarlaşdırılıb. 2015-ci ilin məlumatında qeyd olunur ki, Bakı Baytarlıq İdarəsi tərəfindən insan qidası üçün yararsız olan 5 tondan yuxarı ət satışdan kənarlaşdırılaraq Bakı Heyvanat Parkına verilib. Bundan başqa laboratoriyalar tərəfindən də 7 tondan yuxarı ət satışdan uzaqlaşdırılıb.

ANN.Az
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM