Saxta diplomlara bağlı araşdırmanı TQDK dəstəkləyir - VİDEO

09:30 | 01.02.2014
Saxta diplomlara bağlı araşdırmanı TQDK dəstəkləyir - VİDEO

Saxta diplomlara bağlı araşdırmanı TQDK dəstəkləyir - VİDEO

Bəzi Kütləvi İnformasiya Vasitələri jurnalistlərin bu məsələ ilə bağlı sorğularına həm təhsil nazirliyi, həm də TQDK rəhbərliyinin suallarını təhrif edərək iki dövlət qurumunu qarşı-qarşıya qoymağa çalışırlar. Amma bunun heç bir əsası yoxdur. TQDK-nın mətbuat xidmətinin rəhbəri, Elnur Nağızadə: “TQDK-da hesab edir ki, bu məsəli ilə bağı ilk növbədə Hüquq Mühafizə Orqanları məşğul olmalıdır və yəqinki araşdırmalardan sonra məlumat veriləcək, və biz Təhsil Nazirliyinin bu məsələ ilə bağlı gördüyü işləri təqdir edirik”.Eyni zamanda TQDK-da 2010-cu ildən Tələbə və məzun dövlət elektron məlumat sistemi yaradılıb ki, bu sistemdə 1992-ci ildən test üsulu ilə qəbul olmuş bütün tələbələr haqqında məlumat toplanıb. Təhsil Nazirliyi saxta diplomların müəyyən edilməsi üçün həmin baza məlumatlarından da istifadə edə bilər. Həmin sistemə müxtəlif dövlət orqanları və eləcə də ali təhsil müəssisələri qoşulublar. Məlumatların hazırlanmasına iştirak edirlər. Ali təhsil müəssisəsini bitirən şəxslərə air məlumatların yoxlanmasında bu əsas mənbələrdən biridir. Və burada məlumatlar dəqiqləşdirilir”. Təhsil Nazirliyi saxta diplomların müəyyən edilməsilə bağlı araşdırmalara başlayıb. Bu məqsədlə Təhsil Nazirliyinin müraciəti əsasında Baş Prokurorluq yanında korrupsiyaya qarşı mübarizə idarəsində vəzifə saxtakarlığı və vəzifəsindən sui-istifadə maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır. 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM