Saxta sənədlərlə şəhid statusu alınması faktı üzrə cinayət işi başlandı

17:57 | 18.02.2014
Saxta sənədlərlə şəhid statusu alınması faktı üzrə cinayət işi başlandı

Saxta sənədlərlə şəhid statusu alınması faktı üzrə cinayət işi başlandı

Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb.Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saxta sənədlər əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sosial müavinət alınmasına dair Milli Təhlükəsizlik Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb. Araşdırmalar zamanı Bakı şəhər sakini Əsli Həsənovanın 1992-ci ildə  Rusiya Federasiyasında odlu silahla qətlə yetirilmiş ərinin guya Qarabağ uğrunda döyüşlərdə həlak olması barədə saxta sənədlər əldə edərək 2007-ci ildə “Şəhid ailəsi” statusu almaqla həmin vaxtdan 2014-cü ilin yanvar ayınadək Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən qanunsuz olaraq 4.435 manat məbləğində sosial müavinət almasında şübhələr üçün əsaslar olduğundan  fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM