Сəbhəyanı ərazilərdəki vəziyyətlə bağlı AÇIQLAMA

10:54 | 06.04.2016
Сəbhəyanı ərazilərdəki vəziyyətlə bağlı AÇIQLAMA

Сəbhəyanı ərazilərdəki vəziyyətlə bağlı AÇIQLAMA

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmadan sonra cəbhə xəttinə yaxın ərazilərdə vəziyyət barədə məlumat açıqlanıb.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Modern.az saytına rayonda vəziyyətin normal olduğunu deyib:

"Bizim rayonda olmasa da, qonşu rayon və kəndlərə ara-sıra atırlar. Vətəndaşların da əhval-ruhiyyəsi həmişəki kimi yaxşıdır. Hər kəs əkin-biçin işləri ilə məşğuldur, torpağını suvarır, çiyid səpirlər. İnsanlar gündəlik kənd təsərrüfatı qayğıları ilə məşğuldur. Təmas kəndinə yaxın kəndlərdə dərslər dayandırılmışdı, amma indi onlar da bərpa olunub”.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov da açıqlamasında rayonda vəziyyətin tam normallaşdığını deyib:

"Evdən çıxarılan qadın və uşaqların hamısı qayıdıb, bütün ailələr öz evindədir. Məktəblərdə dərslər bərpa olunub. Ermənilər tərəfindən vurulmuş qaz və işıq xətlərinin hamısı işləyən 7 briqada tərəfindən bərpa olunub.

Əhalinin yaşayışı üçün problem yaradacaq heç nə yoxdur. Bu gün çöldə, kənarda olan, qorxan, qaçan adamımız yoxdur”.  


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM