• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Seçicilər səs verəcəkləri məntəqələri "ASAN xidmət"də öyrənə biləcəklər

Seçicilər səs verəcəkləri məntəqələri
30.07.2024 18:53
2024-cü il sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların səsvermə hüquqlarının daha səmərəli təmin edilməsi üçün "ASAN xidmət” mərkəzlərində mütərəqqi və effektiv bir vasitənin tətbiqi davam etdirilir.
 
İnnovativ həll Mərkəzi Seçki Komissiyası və "ASAN xidmət”in birgə layihəsi çərçivəsində həyata keçirilir.

"Vətəndaşlar Mərkəzlərdə olan "ASAN növbə” terminallarındakı "Seçici statusunu yoxla” adlı funksional bölmədə şəxsiyyət vəsiqələrini oxudaraq öz adlarını seçici siyahılarında yoxlaya, habelə aid olduqları seçki dairəsi və məntəqəsini müəyyənləşdirə bilərlər. Məlumatlar sistemdə əks olunmadığı təqdirdə, açılan yeni ekranda əlaqə məlumatları daxil edilməklə yerindəcə Mərkəzi Seçki Komissiyasına müraciət etmək imkanı da təmin olunur.

Gün ərzində "ASAN xidmət”ə 40000-ə yaxın vətəndaş müraciəti daxil olur və vətəndaşlarımız növbə götürərərkən eyni vaxtda bu sistemdən istifadə etməklə harada səs verməli olduqlarını operativ şəkildə dəqiqləşdirə bilərlər”, - deyə Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən bildirilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABB-dən metro istifadəçilərinə xüsusi fürsət!
Cəmiyyət 16:09
ABB-dən metro istifadəçilərinə xüsusi fürsət!
Yaşar Nurinin qızı vəfat edib
Cəmiyyət 14:00
Yaşar Nurinin qızı vəfat edib
Leysan olacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Cəmiyyət 13:06
Leysan olacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Sabahın hava proqnozu
Cəmiyyət 12:59
Sabahın hava proqnozu
Astara gömrüyündə Avropaya gedən 456 kq narkotik aşkarlanıb
Cəmiyyət 10:07
Astara gömrüyündə Avropaya gedən 456 kq narkotik aşkarlanıb
Zəngilan və Ağdam rayonlarına növbəti köç karvanları yola salınıb
Cəmiyyət 09:38
Zəngilan və Ağdam rayonlarına növbəti köç karvanları yola salınıb
Bakıda yaşayış binasında yanğın - Video
Cəmiyyət 21:53
Bakıda yaşayış binasında yanğın - Video
Bakı Metropoliteni məsləhət almaq üçün 600 min manata yaxın pul xərcləyəcək
Cəmiyyət 21:41
Bakı Metropoliteni məsləhət almaq üçün 600 min manata yaxın pul xərcləyəcək
"ARB" telekanalı fəaliyyətini davam etdirir
Cəmiyyət 19:51
"ARB" telekanalı fəaliyyətini davam etdirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol