Seçkinin ilkin nəticəsi saat 21:00-da açıqlanacaq

08:47 | 07.02.2024
Seçkinin ilkin nəticəsi saat 21:00-da açıqlanacaq

Seçkinin ilkin nəticəsi saat 21:00-da açıqlanacaq

Növbədənkənar seçkilərin ilk nəticələri 21:00-da açıqlanacaq. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib. 
 
Bundan əvvəl MSK sədri açıqlayıb ki, qeyri-rəsmi nəticələr fevralın 9-da açıqlanacaq.  
 
Əsas yekun nəticələr isə Konstitusiya Məhkəməsinin qərarı ilə olacaq.
 

MSK yeddi namizədi - Yeni Azərbaycan Partiyasından hazırkı prezident İlham Əliyevin, Milli Cəbhə Partiyasından Razi Nurullayevin və müstəqil namizəd Zahid Orucun, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülməsi təsdiqlənən Fuad Əliyevin prezidentliyə namizədliyini qeydə alıb. 

 
Gülnar Nazimqızı 
 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM