Noyabrın 16-da Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olan leytenant Ümüd Niftəliyevin cənazəsi doğulduğu Naxçıvana yola salınıb.
"Qafqazinfo” xəbər verir ki, bu gün Bakıda Ü.Niftəliyevlə hərbçi yoldaşlarının vida mərasimi keçirilib. Onun cənazəsi hərbi qarovulun müşayiəti ilə Naxçıvan Muxtar Respublikasına yola salınıb. Şəhidimizin nəşi bu gün ailəsinə təhvil veriləcək.
***
Şəhid leytenant Niftəliyev Ümüd Oruc oğlunun cənazəsi Naxçıvana çatdırılıb.
Naxçıvan Beynəlxalq Hava Limanında şəhidimizin qarşılanma mərasimi olub.
Şəhidin üçrəngli bayrağımıza bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib.
Şəhidin cənazəsi doğulduğu Nehrəm qəsəbəsinə yola salınıb.
***
Şəhidimiz doğulduğu Nehrəm qəsəbəsində son mənzilə yola salınıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !