Şəhid qardaşı məzarlıqda baş verənlərdən danışdı

21:19 | 22.08.2014
Şəhid qardaşı məzarlıqda baş verənlərdən danışdı

Şəhid qardaşı məzarlıqda baş verənlərdən danışdı

Bu gün bir sıra KİV-də dəhşətli informasiya yayılıb: Şəhidlər Xiyabanında vandalizm aktı.Naməlum şəxslər “Qara yanvar” şəhidi İlham və onun həyat yoldaşı Fərizə Allahverdiyevlərin məzar daşında həkk edilmiş şəkilləri üzərində təhqiramiz izlər qoyub.Vesti.Az xəbər verir ki, İlhamın qardaşı – Elxan Allahverdiyev bu barədə ona bu gün zəng edən tanışından öyrənib.“Hadisəni eşidən kimi yoldaşımla birgə getdim xiyabana. Gördüm Fərizənin bacısı da oradadır. Qəbiri təmizləmək üçün özümüzlə vasitə götürmüşdük, gördük artıq təmizləyiblər.Orada bir-iki qadın da vardı. Dedi ki, səhər saatlarında bu hadisəni görüblər. Sonra Səbail rayon Polis İdarəsinə getdik, təhqiqat aparmaq üçün iddia ərizəsi yazdıq. Sonra qayıtdıq ki, prokurorluğun işçiləri də gəlib ora. Bu cinayətdə hansı şərəfsizin əli varsa, ümid edirik ki, tapılacaq”, - E.Allahverdiyev deyib.“Bu işdə kimdən şübhələnirsiniz?” sualına gəldikdə isə Elxan müəllim cavab verib ki, onun özünün və ailəsinin şəxsi düşməni yoxdu.İlhamla Fərizə təkcə bizim ailənin nümayəndəsi deyil, bütün Azərbaycana məxsusdur. Bu vandalizm faktı – Azərbaycanı, dövləti və xalqı təhqir etməkdir”, - E.Allahverdiyev bildirib.Artıq məsələyə hüquq-mühafizə orqanları da müdaxilə edib. Avqustun 21-dən 22-ə keçən gecə paytaxtın Şəhidlər xiyabanında qəbirlər üzərində təhqiredici hərəkətlərin edilməsi faktı ilə bağlı Bakı Şəhər Prokurorluğu Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə cinayət işi açıb.İstintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinə tapşırılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM