22 yaşlı Qaryağdı Əhmədov doğulduğu qəsəbədə torpağa tapşırıldı Ötən gün cəbhənin Ağdam rayonunun Çıraqlı kəndi istiqamətində düşmən snayperindən açılan atəş nəticəsində şəhid olan hərbçi Əhmədov Qaryağdı Eldar oğlu dəfn edilib.APA-nın Qarabağ bürosunun xəbərinə görə, Qaryağdı Əhmədov Quzanlı kənd qəbiristanlığında torpağa tapşırılıb. Müddətdən artıq xidmət edən 1992-ci il təvəllüdlü Q. Əhmədov Ağdam rayonunun işğal olunmuş Saybalı kəndində anadan olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !