Şəhidlər Xiyabanında şəhidlərin məzarı təhqir olunub - FOTO

14:04 | 22.08.2014
Şəhidlər Xiyabanında şəhidlərin məzarı təhqir olunub - FOTO

Şəhidlər Xiyabanında şəhidlərin məzarı təhqir olunub - FOTO

“Şəhidlər Xiyabanında İlham və Fərizənin məzarına nəcis yaxılması çox güman ki, əraziyə gələn hansısa avara insanların işidir. Bu barədə bizə səhər saatlarında məlumat verilib və dərhal məzarlar təmizlənib”.

 

Bunu İnterpress.az-a BŞİH-nin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov şəhid məzarlarına nəcis yaxılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

 

S.Həsənovun sözlərinə görə, ərazidə müşahidə kamerası olmadığından hadisəni kimin törətdiyi məlum deyil: “Gecə saatlarında əraziyə ancaq 2 polis əməkdaşı nəzarət edir. Görünür, bu hadisəni edən kimsə məharətlə polislərin gözündən yayına bilib”.

 

S.Həsənov hadisəni kimin törətməsinin araşdırılması ilə bağlı hələlik rəsmi qurumlara müraciət edilmədiyini vurğulayıb.

 

Qeyd edək ki, ötən gün Şəhidlər Xiyabanına gedən Əşrəf Həşimov adlı Bakı sakini İlham və Fərizənin qəbirlərinin şəkilini paylaşıb. Onun yazdığına görə, əvvəl şəkillərin üzərində boya olduğunu zənn etsə də, yaxınlaşanda bunun nəcis olduğunu görüb: "Bunun necə gözə çarpmadığını anlamadım".

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM