“Şəhidlərə kəfən lazım deyil” təqdim olundu - FOTO

21:00 | 24.02.2014
“Şəhidlərə kəfən lazım deyil” təqdim olundu - FOTO

“Şəhidlərə kəfən lazım deyil” təqdim olundu - FOTO

Bakı Dövlət Universitetinin alimi, Qarabağ müharibəsi veteranı Atamoğlan Məmmədlinin “Şəhidlərə kəfən lazım deyi” adlı kitabının təqdimat mərasimi keçirilib. Kitab Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunub.ANN.Az-ın məlumatına görə, Yeni Nəfəs Hərəkatının təşkilatçılığı ilə gerçəkləşən təqdimat mərasimi onun doğma yurdu Biləsuvar şəhərində, öz ata evində olub. Çıxış edən hərəkat sədri Seymur Həsənli bildirib ki, Mübariz İbrahimov məlum qəhrəmanlığına qədər yalnız Ağakərim İbrahimovun oğlu idisə, bu gün bütün Azərbaycanın və Türk Dünyasının fəxridir. O, həmçinin qeyd edib ki, Mübariz İbrahimov öz qəhrəmanlığı ilə I Qarabağ müharibəsindən sonra Azərbaycan türkləri ilə bağlı yaranmış qorxaqlıq sindiromunu darmadağın etdi.Kitabın müəllifi Atamoğlan Məmmədli çıxışında kitabın yazılmasından, Mübarizin keçdiyi həyat yolundan, onun qəhrəmanlığından danışıb. Qəhrəmanın həyat yolunun gənclərə ibrət olacağından, həmişə Azərbaycan xalqının qəlbində yaşayacağını vurğulayıb. O, əsərdəki bəzi epizodlar haqqında qəhrəmanın atasına məlumat verib. Milli Qəhrəmanın atası Agakərim İbrahimov müəllifə öz minnətdarlığını bildirib. Qəhrəmanın xatirəsini əziz tutub onu yad etmək üçün gələn Yeni Nəfəs Hərəkatının üzvlərinə də təşəkkürünü ifadə edərək onlara bəzi məsləhətlər verib. O, həmçinin Mübarizlə bağlı bəzi xatirələrini onlarla bölüşüb. Səfər iştirakçıları sonra Milli Qəhrəmanın ev muzeyini və adını daşıdığı litseyi ziyarət edib. Kitablardan həmin mərkəzlərə də təqdim ediblər.Qeyd edək ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi səfər üçün nəqliyyat təminini həyata keçirərək dəstək verib. «Şəhidlərə kəfən lazım deyil» adlı kitab Milli Mədəni İrsi Araşdırmalar Fondunun maddi dəstəyi ilə çap olunub. SeymurANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM