Gədəbəy
rayon Zəhmət kənd sakini Almaz Abdullayeva Anews.az-ın email ünvanına göndərdiyi
şikayət məktubunda Qara Qarayev adına Uşaq Xəstəxanasının əməkdaşının ondan Səhiyyə Nazirliyi adından 3100 manat rüşvət aldığını bildirir.
"Uzun
illər Gədəbəy rayon Slavyanka kənd xəstəxanasında ginekoloq işləmişəm. 2016-cı
ilin yay ayları idi. Kurs keçib sertifikat almaq üçün Bakıya getdim. Kursda Qara Qaarayevev adına Uşaq Xəstəxanasının əməkdaşı
Əzizova Xanımcan Nüsrət qızı ilə tanış oldum. Həmin xanımla söhbət əsnasında 2016-cı
ilin sonlarında yaşla əlaqədar tibbdən
uzaqlaşdırılacağımı dedim. Xanımcan xanım bu işi həll edə biləcəyini söylədi.
Özünün Səhiyyə Nazirliyində adamı olduğunu, onunla danışıb xəbər edəcəyini söylədi”, – deyə xanım bildirir.
Onun
sözlərinə görə, problemlər elə bundan sonra başlayıb. "Xanımcan xanım mənə zəng etdi ki, Səhiyyə
Nazirliyi ilə danışmışam. Sən müqavilə
ilə işləyə bilərsən. Lakin bu işin alınması üçün nazirlikdən pul istəyirlər. Məndən
müxtəlif vaxtlarda Səhiyyə Nazirliyi adından 2500, 400, 200 manat (toplam üst-üstə 3100 manat) pul aldı. Mənə bunu dostluq
xatirinə etdiyini vurğuladı. Aldığım pulu Səhiyyə Nazirliyindən istəyirlər. Pulu
aldıqdan sonra nə iş düzəltdi, nə də pulumuzu geri qaytardı. Müxtəlif bəhanələrlə
pulu qaytarmaqdan yayınır” , – deyə Almaz xanım əlavə edir.
Almaz Abdullayeva pulunun geri qaytarılması üçün Səhiyyə Nazirliyindən və hüquq-mühafizə
orqanlarından kömək istəyir.
Səhiyyə
Nazirliyinin mətbuat xidmətindən redaksiyamıza bildirdilər ki, adı çəkilən Səhiyyə Nazirliyinin əməkdaşı işdən çıxarılıb və sənədləri korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilib.
Nazirlikdən qısa zamanda məsələnin detalları barədə əlavə açıqlama verəcəklərini də əlavə etdilər.
Zaur Qənbərov
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !