Səhiyyə və Təhsil Nazirliyi obyektlərində yoxlamalar olacaq

14:38 | 25.02.2014
Səhiyyə və Təhsil Nazirliyi obyektlərində yoxlamalar olacaq

Səhiyyə və Təhsil Nazirliyi obyektlərində yoxlamalar olacaq

Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyası və Mingəçevir Politexnik İnstitutuna ayrılan xərclər yoxlanılacaq. Hesablama Palatasından ANS PRESS-ə verilən məlumata görə, Hesablama Palatasında keçirilən Kollegiya iclasında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasına ayrılmış vəsaitlərin və “Təhsil” bölməsi üzrə Mingəçevir Politexnik İnstitutuna ayrılan büdcə və büdcədənkənar vəsaitlərin proqnozlaşdırılması və icrasının auditi üzrə Audit proqramları təsdiq olunub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM