Rüstəm Qasımov
Azərbaycan çox əsrlik ənənələri olan və mədəniyyətlə zəngin bir ölkədir. Ölkənin müxtəlif bölgələrindəki tarixi abidələr təkcə yerlilərin deyil, xarici turistlərin də böyük marağına səbəb olur. Bu gün biz sizinlə Azərbaycan memarlığının şedevrlərindən hesab olunan Şəki xan sarayına səfər edəcəyik.
Bu abidə azərbaycanlıların əksəriyyətinə yaxşı məlumdur, Xan sarayı vətənimizin gəzməli görməli yerlərindən biri olan Şəkidə yerləşir. Sarayı əhatə edən ətraf mühiti də xüsusi qeyd etmək lazımdır, uca dağlar, qalın yaşıl meşələr sadəcə möhtəşəmdir.
Tikilinin ölçülərinə gəlincə, sarayın uzunluğu 30 metr, eni 8.5 metr, hündürlüyü isə 10 metrdir. Hər otağın hündürlüyü 3.35 metrdir. İki mərtəbədən ibarət tikilinin ümumi sahəsi 300 kvadrat metdir, içərisində 6 otaq, 4 dəhliz, 2 şüşə balkon var.
Milli memarlıq elementləriylə zəngin olan Şəki xan sarayı 18-ci əsr Qafqaz memarlığının şedevrlərindən hesab olunur, şəhərin tarixi hissəsiylə birgə saray YUNESKO-nun Bşəriyyətin irsi siyahısına daxil edilməyə namizəddir.
Saraya giriş bileti iki manatdır.
Sarayın interyerinin qurulması müxtəlif dövrlərə aiddir.
Ən qədim yazılar yuxarı mərtəbənin tavanındakı təsvirlər daxil olmaqla 18-ci əsrə məxsusdur, bunların müəllifi Abbas-Quludur. Sarayın divarlarına da adı həkk olunan Abbas-Qulu həm də sarayın memarıdır.
Şəki Xana Sarayından hazırladığımız fotosessiyanı oxucularımıza təqdim edirik.
Xoş seyrlər:
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !