Separatçıların lideri Ağdam yolunun açıldığını elan edib - Hraparak

16:16 | 23.08.2023
Separatçıların lideri Ağdam yolunun açıldığını elan edib - Hraparak

Separatçıların lideri Ağdam yolunun açıldığını elan edib - Hraparak

Avqustun 22-də Qarabağ separatçılarının lideri Arayik Arutyunyanın Təhlükəsizlik Şurasının iclasını keçirdiyini və orada Ağdam yolu ilə "ticarətə başlanılsın” barədə qərarın qəbul olunduğunu bildirib. Bu barədə "Hraparak”ın erməni nəşri məlumat verib. 

Qərara əsasən, yaxın vaxtlarda Arutyunyanın tərəfdarları olan Karen Matevosyanın komandanlıq etdiyi erməni "yaraqlıları"  bu yolda quraşdırılmış beton maneələri sökəcəklər.

Arutyunyan həmçinin bildirib ki, "tikinti materialları, dizel yanacağı, dərmanlar Ağdam yolu ilə aparılacaq, ərzaq məhsulları isə Laçın vasitəsilə Rusiya sülhməramlıları tərəfindən gətiriləcək”.

Arutyunyan onu da bildirib ki, növbəti mərhələdə Azərbaycandan qaz və elektrik enerjisinin alınması məsələsinin müzakirəsi planlaşdırılır. Bunun müqabilində erməni tərəfi Ağdam-Əsgəran-Xankəndi-Şuşa yolunu açmalıdır.

Nəşrin məlumatına görə, Təhlükəsizlik Şurasının iclasında Qarabağ qüvvələrinin keçmiş komandanı Samvel Babayan da iştirak edib.
 
Amma qondarma Dağlıq Qarabağ prezidentinin mətbuat katibi Hraparak qəzetinin yazdığını arminfo saytna verdiyi müsahibədə təkzib edib. 
 
Prezidentin mətbuat katibi Lusine Avanesyan deyib ki, Arutyunyan həqiqətən avqustun 22-də rəsmi şəxslərlə qapalı görüşlər keçirib, lakin belə bir qərar verilməyib.

"Arutyunyan avqustun 22 və 23-də müxtəlif siyasətçilər və ictimai xadimlərlə görüşlər keçirərək Azərbaycanın "blokada"sından irəli gələn humanitar və təhlükəsizlik məsələlərini, Dağlıq Qarabağ hökumətinin qarşıdakı addımlarını və müxtəlif vasitəçilərdən vəziyyətin həllinə yönəlmiş təklifləri müzakirə edib. Heç bir qərar qəbul edilməyib, müzakirələr davam edir və tezliklə prezident Arutyunyan vəziyyət və hakimiyyətin yanaşmaları barədə məlumatı şəxsən təqdim edəcək”, - Avanesyan bildirib.

 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM