• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Serbiyalı nazir: Azərbaycanda gördüyüm idman infrastrukturu məni yaxşı mənada təəccübləndirdi

Serbiyalı nazir: Azərbaycanda gördüyüm idman infrastrukturu məni yaxşı mənada təəccübləndirdi
23.04.2023 23:00

"Azərbaycanda gördüyüm idman infrastrukturu məni yaxşı mənada təəccübləndirdi".

Bunu Bakıda səfərdə olan Serbiyanin idman naziri Zoran Qayiç Milli Gimnastika Arenasında jurnalistlərlə görüşü zamanı deyib.

Paytaxtda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun bağlanış mərasimində iştirak edəcək funksioner bildirib ki, dünyada bu cür möhtəşəm idman obyektləri çox azdır: "Burada idmanın inkişafı üçün ideal şərait var. Buna görə ölkə rəhbərliyinə, Gənclər və İdman nazirliyinə təşəkkür düşür".

2011-2012 və 2015-ci illərdə Bakının "Rabitə" və "Telekom" voleybol klublarının baş məşqçisi olmuş Qayiçin sözlərinə görə, Azərbaycanda idman infrastrukturu əvvəlki illərlə müqayisədə çox dəyişib: "Mən burada işləyəndə hazırda olduğumuz Milli Gimnastika Arenası yenicə tikilirdi. Bir çox idman obyekti hələ qurulmamışdı. Geridə qalan 11,5 il ərzində infrastruktur müsbətə doğru çox dəyişib. O cümlədən ölkədə keçirilən "Formula-1" kimi nüfuzlu yarışlar dünya idman ailəsində Azərbaycan üçün prestijdir".

Gənclər və idman naziri Fərid Qayıbovla da görüşən qonaq danışıqların çox məhsuldar alındığını vurğulayıb: "Bir neçə ortaq layihə ilə bağlı razılıq əldə etdik. Həmçinin kadr, məşqçi mübadiləsi, birlikdə təlim-məşq toplanışlarının təşkili barədə anlaşdıq. Qərara gəldik ki, bir il Azərbaycanda, növbəti il Serbiyada hər hansı idman növü üzrə yeniyetmələr və gənclər arasında idman yarışları keçirək.
 
Bu, iki ölkə arasında münasibətləri daha da gücləndirəcək. Hamıya məlumdur ki, Prezidentlərin çox yaxşı münasibətləri var. Serbiyada Azərbaycan şirkətləri fəaliyyət göstərir. Bundan sonra idman siyasətində də birgə addımlamağa razılaşdıq. Dünya və Avropa idman qurumları ilə daha çox əməkdaşlıq edəcəyik ki, həmyerlilərimiz beynəlxalq təşkilatlarda daha çox təmsil olunsunlar".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA "Traktor"u təbrik edib
İdman 18:43
AFFA "Traktor"u təbrik edib
“Traktor” ilk dəfə İran çempionu olub
İdman 22:20
“Traktor” ilk dəfə İran çempionu olub
Azərbaycanın gimnastika yığması Avropa kubokunun qalibi olub
İdman 18:30
Azərbaycanın gimnastika yığması Avropa kubokunun qalibi olub
“Qarabağ” 12-ci dəfə Azərbaycan çempionu olub
İdman 22:00
“Qarabağ” 12-ci dəfə Azərbaycan çempionu olub
Zelim Kotsoyev Avropa çempionatında gümüş medal qazanıb
İdman 19:47
Zelim Kotsoyev Avropa çempionatında gümüş medal qazanıb
UEFA Roma Papasını bir dəqiqəlik sükutla yad edəcək
İdman 16:57
UEFA Roma Papasını bir dəqiqəlik sükutla yad edəcək
"Qarabağ" finala vəsiqə qazanıb
İdman 20:26
"Qarabağ" finala vəsiqə qazanıb
Azərbaycan Kubokunun final oyununun vaxtı dəyişdirilib
İdman 20:31
Azərbaycan Kubokunun final oyununun vaxtı dəyişdirilib
Hidayət Heydərov Avropa çempionatında iştirak etməyəcək
İdman 10:03
Hidayət Heydərov Avropa çempionatında iştirak etməyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol