Sərnişin təyyarəsi yoxa çıxdı

11:50 | 12.08.2018
Sərnişin təyyarəsi yoxa çıxdı

Sərnişin təyyarəsi yoxa çıxdı

İndoneziyanın Papua bölgəsində Dimonin Hava Yollarına məxsus "Pilatus PC-6 Porter” tipli sərnişin təyyarəsi yoxa çıxıb.
Anews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, kiçik təyyarədə 2 ekipaj üzvü və 7 sərnişin olub. Onlardan biri uşaqdır.
Peqununqan Bintanq bölgəsindəki sakinlər yaxınlıqda güclü partlayış səsi eşitdiklərini bildiriblər.
Təyyarənin düşməsi ehtimalına qarşı bölgədə axtarışlara start verilib

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM