«Şərq Bazarı» sökülür - FOTOLAR

16:07 | 22.05.2017
«Şərq Bazarı» sökülür - FOTOLAR

«Şərq Bazarı» sökülür - FOTOLAR

Yerli icra hakimiyyəti Sumqayıt şəhəri 9-cu mikrorayonunda yerləşən "Şərq Bazarı” ticarət mərkəzinin sökülməsinə qərar verib. Abadlaşdırma adı altında aparılan söküntü işləri sahibkarların etirazına səbəb olub. Bu barədə "Bizim Yol"a danışan sahibkarların özləri bildirib. Ticarətçilərlə söhbət zamanı məlum olub ki, söküntü işləri sahibkarlara məxsus 66 obyekti də əhatə edəcək.

Bazarın sökülməsinə etiraz edən sahibkarlar Sumqayıt şəhər İcra Hakimiyyətinə və Sumqayıt Şəhərsalma İdarəsinə müraciət ediblər. Müraciətinə cavab ala bilməyən sahibkarlar Prezident Administrasiyasına üz tutublar. Bu qurumdan sahibkarları Sumqayıt şəhər İcra Hakimiyyətinə yönləndiriblər.

İcra hakimiyyətindən sahibkarlara verilən məlumata görə, bazar söküldükdən sonra yerinə 3 ilə yeni 4 mərtəbəli ticarət mərkəzinin tikilib istifadəyə verilməsi planlaşdırılıb. Amma sahibkarlara hər hansı layihə göstərilməyib.

İcra başçısı Zakir Fərəcov sahibkarlardan yaxın bir neçə gün ərzində mağazaları boşaltmağı tələb edib. İcra başçısı sahibkarlara mallarını yerləşdirməyə  yer  verib, lakin göstərilən yerlər sahibkarları qane etməyib. Nəticədə sahibkarlar obyektlərini daşımaqdan imtina ediblər və məhkəməyə müraciət ediblər. Məhkəmə isə sahibkarların lehinə qərar çıxardıb.

Bu dəfə isə sahibkarların yoluna suni problemlər çıxmağa başlayıb. Belə ki, onların sahib olduqları obyektlərin işığı kəsilib və qabaqlarına hasar çəkilib. Bu isə sahibkarların işinə böyük maneələr törədir. Sahibkarlar obyeklərinin sökülməsinin qanunsuz olduğunu bildiriblər və hüquqlarının dövlət tərəfindən qorunduğunu deyiblər. Bazarlardan, ticarət obyektlərindən fərqli olaraq isə dövlət qanunları alış-veriş predmeti ola bilməz....
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb