Şərq pumasının nəsli kəsilib

22:48 | 29.01.2018
Şərq pumasının nəsli kəsilib

Şərq pumasının nəsli kəsilib

Şərq puması ABŞ "qırmızı kitabından” çıxarılıb və nəsli kəsilmiş heyvan elan edilib.

Anews.az xəbər verir ki, bu barədə ABŞ balıq resursları və vəhşi heyvanların mühafizəsi xidmətinin bəyanatında bildirilir.

Zooloqların hesablamalarına görə, "Puma concolor” hələ nəsli kəsilməkdə olan heyvanların federal siyahısına düşməzdən onlarla il əvvəl yoxa çıxıb. Alimlər 1930-cu illərdən bəri bu yarım-növdən olan heç bir yırtıcının üzə çıxmadığını bildirir. Şərq puması əvvəllər ABŞ-ın şərq ştatlarında müxtəlif coğrafi məkanlarda, o cümlədən bataqlıq, dağ və meşələrdə məskunlaşıb.

Şərq puması əvvəllər Kanadada  da məskunlaşıb, ancaq ölkənin aidiyyəti qurumları məsələ ilə bağlı mövqe ortaya qoymayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM