• $ 1.7
  • € 1.9615
  • ₽ 0.021291
  • ₺ 0.0401
  • £ 2.2254

Səttar Mehbalıyevin səlahiyyət müddəti nə vaxt başa çatır?

Səttar Mehbalıyevin səlahiyyət müddəti nə vaxt başa çatır?
30.12.2013 12:03

Qarabağ döyüşçüsü Zaur Həsənovun intihar etməsinin doğurduğu etirazlarda Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin istefası tələbləri səslənir.Zaur Həsənov dekabrın 25-də Həmkarlar İttifaqları Konfederasiyasının binası önündə üstünə benzin tökərək özünü yandırıb. O, 1995-ci ildən bəri Bakıda işlətdiyi kafenin Həmkarlar İttifaqları Konfederasiyasının iddiası ilə çıxarılmış məhkəmə qərarı əsasında sökülməsinə etiraz edib. Zaur Həsənov dekabrın 28-də Bakıdakı 5 saylı xəstəxanada dünyasını dəyişib.“Media forum” saytı bildirir ki, Səttar Mehbalıyevin Həmkarlar İttifaqları Konfederasiyasının sədri postunda səlahiyyət müddəti 2018-ci ilin fevral ayında başa çatır. Həmkarlar İttifaqları Konfederasiyasının qurultayı 5 ildən bir keçirilir. Səttar Mehbalıyev sonuncu dəfə 2013-cü ilin fevralında keçirilən qurultayda sədr seçilib.Səttar Mehbalıyev 1955-ci ildə anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1973-cü ildən Bakının müxtəlif müəssisələrində əmtəəşünas, mühəndis-iqtisadçı və baş mühasibin müavini vəzifələrində işləyib. 1980-ci ildən həmkarlar ittifaqı sahəsində çalışır. 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədridir.2000, 2005 və 2010-cu illərdə Milli Məclisin deputatı seçilib.“Şöhrət” ordeni ilə təltif olunub.Evlidir, üç övladı var.ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 21:22
Bu ərazilərdə qaz olmayacaq
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
Cəmiyyət 19:53
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
Yasamalda 3 nəfərin öldüyü yanğınla bağlı saxlanılan klinika direktoru həbs edilib
Cəmiyyət 18:59
Yasamalda 3 nəfərin öldüyü yanğınla bağlı saxlanılan klinika direktoru həbs edilib
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında
Cəmiyyət 18:42
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında
Naftalanda sanatoriyada meyit tapılıb
Cəmiyyət 18:07
Naftalanda sanatoriyada meyit tapılıb
Nazir İtaliyaya rəsmi səfərə gedib
Cəmiyyət 17:47
Nazir İtaliyaya rəsmi səfərə gedib
Kürdəmirdə canavarlar kəndə hücum etdi: bir ailənin 16 qoyunu tələf olub
Cəmiyyət 17:38
Kürdəmirdə canavarlar kəndə hücum etdi: bir ailənin 16 qoyunu tələf olub
Bakıda binada yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 17:16
Bakıda binada yanğın söndürülüb - Yenilənib
Moskva istiqamətində uçan 9 PUA vurulub
Cəmiyyət 17:01
Moskva istiqamətində uçan 9 PUA vurulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol