Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri terrorun qarşısını aldı

10:17 | 30.04.2016
Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri terrorun qarşısını aldı

Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri terrorun qarşısını aldı

Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri ölkədə terror aktının həyata keçirilməsinin qarşısını alıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri terror aktı həyata keçirmək istəyən iki şübhəli şəxsi zərərsizləşdirib.

Təhlükəsizlik qüvvələrinin əməkdaşları ölkənin cənub-qərbindəki Asir əyalətində iki şübhəli şəxsin idarə etdiyi avtomobilin yerdəyişməsini müşahidə ediblər. Daxili İşlər Nazirliyinin məlumatına görə, maşınlardan birində partlayıcı maddənin qoyulması ehtimal edilib.

Avtomobillərin sürücüləri, təhlükəsizlik qüvvələrinin onları izlədiyini gördükdə gizlənməyə səy göstəriblər. Terror aktı na hazırlıqda şübhəli bilinən hər iki şəxs təslim olmaqdan imtina ediblər və təhlükəsizlik qüvvələri ilə atışma zamanı öldürülüblər. Şübhəli şəxslərin şəxsiyyətləri hələ müəyyən edilməyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb