• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Seymur Baycan yeni romanını təqdim etdi - FOTO

Seymur Baycan yeni romanını təqdim etdi - FOTO
12.11.2013 11:11

"Ana ürəyi”. Yazıçı Seymur Baycanın noyabrın 11-də təqdim etdiyi yeni kitab belə adlanır.Yazıçı "Bakitab” mağazasında keçirilən təqdimatda bildirdi ki, kitab öz adını Azərbaycan folklorundakı ana və gəlin münasibətlərindən bəhs edən "Ana ürəyi” segahından götürüb.Kitabda yer alan "Ana ürəyi” romanında xeyli sayda romantik sevgi səhnələri olsa da, bütövlükdə əsər postmodernist üslubda yazılıb, bir gəncin nakam sevgisindən bəhs edir.Kitabda həmçinin ilk dəfə çap olunan "Naməlum qapıçı” hekayəsi də yer alıb ki, müəllifin təbirincə "sevdikləri ilə ailə qura bilməyənlərə ithaf olunur”.Bundan əlavə kitaba əvvəllər mətbu nəşrlərdə yayımlanmış "Dörd romantik hekayə” də daxil edilib.Müəllif bildirdi ki, kitabın təxminən səksən faizi dünya ədəbiyyatından seçilmiş yaddaqalan səhnələrdən ibarətdir ki, onları mətndə tapıb aşkarlamaq çətindir.Kitabda yer almış illüstrasiyaların müəllifi rəssam Gündüz Ağayevdir.Bundan əvvəl Seymur Baycanın Qarabağ münaqişəsindən bəhs edən "Quqark” romanı nəşr edilmişdi. /oxu zalı/ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət 13:59
"Selfinaz 2"-nin qala gecəsi baş tutdu - GÖRÜNTÜLƏR
Müşviq Abbasov yalan danışır? - Foto
Mədəniyyət 23:07
Müşviq Abbasov yalan danışır? - Foto
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
Mədəniyyət 15:00
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Mədəniyyət 21:11
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Teymur Rəcəbov evləndi - Fotolar
İdman 20:49
Teymur Rəcəbov evləndi - Fotolar
Əməkdar artist vəfat etdi
Mədəniyyət 23:45
Əməkdar artist vəfat etdi
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Mədəniyyət 19:26
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Mədəniyyət 22:04
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Mədəniyyət 09:16
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol