Seysmoloji Mərkəzdən Naxçıvanda zəlzələ xəbərinə reaksiya...

17:20 | 01.07.2014
Seysmoloji Mərkəzdən Naxçıvanda zəlzələ xəbərinə reaksiya...

Seysmoloji Mərkəzdən Naxçıvanda zəlzələ xəbərinə reaksiya...

"Ötən gün Naxçıvanda zəlzələ baş verməsilə bağlı yayılan söhbətlər həqiqətə uyğun deyil".
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ANS PRESS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, ötən gün ümumiyyətlə Naxçıvan ərazisində heç bir təkan qeydə alınmayıb.
“Dünən Naxçıvanda zəif də olsa titrəyiş olmayıb. Bəlkə də, hardasa tikinti zamanı ağır şey yerə dəyib. Titrəyiş olub, camaat elə bilib ki, zəlzələdir”, - deyə Qurban Yetirmişli bildirib.
Alimin sözlərinə görə, ümumiyyətlə Naxçıvan ərazisi 8 ballı seysmik zonada yerləşir: “Zəngəzur zonasındna, İran sərhəddi istiqamətində, ümumilikdə Naxçıvan ərazisi seysmik aktiv olan ərazidir. Burada 8 bala qədər yeraltı təkanlar ola bilər”.
Qurban Yetirmişli onu da əlavə edib ki, Bakı üçün də zəlzələ təhlükəsi Xəzər dənizindən gələ bilər. Lakin hələlik həmin ocaqlarda aktivlik son həddə çatmayıb. Hələlik Bakı üçün qorxunc zəlzələ gözlənilmir.
Qeyd edək ki, ötən gün saat 17 radələrində Naxçıvanda zəlzələ qeydə alınması barədə məlumatlar yayılmışdı. Hadisə şahidlərinin verdiyi məlumata görə, təkanlar iki dəfə qeydə alınıb.
Dağıntı və tələfat olmasa da binaların silkələnməsi açıq hiss olunub.
Naxçıvan sakinləri zəlzələ mərkəzinin İran ərazisinə düşdüyünü ehtimal edirlər.
Zəlzələnin gücü barədə dəqiq məlumat yoxdur.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM